Azərbaycanda 3 helikopter hərraca çıxarılır - FOTO

Azərbaycanda 3 helikopter hərraca çıxarılır - FOTO

Hazırda oxunan: Azərbaycanda 3 helikopter hərraca çıxarılır - FOTO

57418

Martın 1-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək hərraca alıcıların diqqətini cəlb edə biləcək hava nəqliyyat vasitələri çıxarılacaq.

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, helikopter sahibi olmaq istəyənlər üçün yeni fürsət yaranıb.

Dövlət Xidməti tərəfindən martın 1-də keçiriləcək hərraca dövlətə məxsus 3 helikopter çıxarılacaq.

Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.

Özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin satış qiymətinin 10 %-i məbləğində (200 000 manat) behi ödəməklə hərracda iştirak edə bilərlər.

Hərraca çıxarılan helikopterlərin siyahısı, fotoları ilə burada ətraflı tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO