Bakıda güclü yanğında bir nəfər öldü - FHN-dən AÇIQLAMA

Bakıda güclü yanğında bir nəfər öldü - FHN-dən AÇIQLAMA

Hazırda oxunan: Bakıda güclü yanğında bir nəfər öldü - FHN-dən AÇIQLAMA

56934

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1968-ci il təvəllüdlü Cəfərov İlham Bayram oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO