“Şuşanın azad olunduğu gündən bir ildən bir qədər çox vaxt keçib. Bu dövr ərzində Prezident İlham Əliyevin tapşırığı və nəzarəti ilə şəhərdə irimiqyaslı bərpa və quruculuq işlərinə başlanıb. Bunların sırasında tarixi-mədəni abidələrin bərpası, yeni məktəb, xəstəxana, müasir yaşayış kompleksinin inşasını xüsusi qeyd etmək olar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Bakı-Şuşa reysi ilə şəhərə gələn sərnişinlərin qarşısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bakı-Şuşa avtobus reysinin ilk sərnişinləri mədəniyyət paytaxtı elan olunan Şuşa ilə əyani tanış ola biləcək, şəhərin dirçəlməsinin canlı şahidi olacaqlar.
O, səfərin təşkil olunmasına görə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara təşəkkür edib.
Xatırladaq ki, saat 13:00 radələrində şəhərə daxil olan və 44 sərnişin gətirən avtobus keçmiş avtovağzal ərazisində qarşılanıb.
Qarşılanma mərasimində Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Şuşa Şəhəri Polis Şöbəsinin əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qarşılanma mərasimindən sonra ilk sərnişinlər Şuşa qalası, Bülbülün ev-muzeyi, Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:31 / 24.01.2022
Prezidentin xüsusi nümayəndəsindan Şuşa ilə bağlı AÇIQLAMA: “Azad olunduğu gündən ...”
Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsindan Şuşa ilə bağlı AÇIQLAMA: “Azad olunduğu gündən ...”
Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsindan Şuşa ilə bağlı AÇIQLAMA: “Azad olunduğu gündən ...”
56903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.