Ağdam rayonunda kafe yandı

Ağdam rayonunda kafe yandı

Hazırda oxunan: Ağdam rayonunda kafe yandı

56891

Ağdam rayonunun Quzanlı qəsəbəsində yanğın baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  hadisə qəsəbənin Heydər Əliyev propektindəki kafedə qeydə alınıb.

Rayon sakini Füzuli Hüseynova məxsus kafenin taxta konstruksiyalı bir otağında yanğın başlayıb.

Tikili digər obyektlərə bitişik olduğundan alovun ətrafdakı mağaza və dükanlara keçmə ehtimalı ciddi təhlükə yaradıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin Yanğından Mühafizə bölmələri cəlb olunub. 
Yanğını vaxtında söndürmək mümkün olub ki, bu da zərərin miqyasının genişlənməsinin qarşısını alıb.                                                          

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO