Azərbaycanla İran arasında hərbi sahədə əməkdaşlıq müzakirə edildi

Azərbaycanla İran arasında hərbi sahədə əməkdaşlıq müzakirə edildi

Hazırda oxunan: Azərbaycanla İran arasında hərbi sahədə əməkdaşlıq müzakirə edildi

56641

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, general-mayor Məhəmməd Rza Aştiani ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanla İran arasında razılaşma əldə olundu, müqavilə imzalandı


Bildirilib ki, görüşdə Azərbaycanın və İranın dövlət rəhbərlərinin əlaqələrə göstərdiyi xüsusi diqqət vurğulanıb və iki ölkənin sıx münasibətlərindən məmnunluq ifadə olunub.

Azərbaycan və İranın dost və yaxın qonşu ölkə olaraq əməkdaşlığının bütün sahələrdə davam etdirilməsinin zərurəti qeyd olunub, müdafiə, hərbi və hərbi-texniki sahədə gündəmdə olan məsələlər müzakirə olunub, səmərəli əməkdaşlığın daha da gücləndirilməsi perspektivləri, qarşılıqlı səfərlərin təşkil olunması, təcrübə mübadiləsinin artırılması və birgə layihələrin icra olunması haqqında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO