Cəlilabad sakinlərində qanunsuz silah aşkarlandı

Cəlilabad sakinlərində qanunsuz silah aşkarlandı

Hazırda oxunan: Cəlilabad sakinlərində qanunsuz silah aşkarlandı

56566

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri E.Nəbiyev və S.Abbasovdan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb. Həmin silahlar aidiyyatı üzrə təhvil verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı sakinindən silah-sursat, narkotik götürüldü


Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən həmçinin rayon sakini Y.Qəribovun mülki silahın daşınması qaydalarını pozduğu müəyyən edilib.

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO