Sürücülərin diqqətinə: Bu istiqamətlərdə avtomobillərin hərəkəti çətinləşdi

Sürücülərin diqqətinə: Bu istiqamətlərdə avtomobillərin hərəkəti çətinləşdi

Hazırda oxunan: Sürücülərin diqqətinə: Bu istiqamətlərdə avtomobillərin hərəkəti çətinləşdi

56338

Ağsu aşırımı və Muğanlı-İsmayıllı yolunda yağan qar avtomobillərin hərəkətini çətinləşdirib.

Bu barədə Bizim.Media-ya  Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hazırda Bakı-Şamaxı-Yevlax yolunun 65-ci km-dən başlayaraq Ağsu aşırımı və Muğanlı-İsmayıllı yolunda qar yağır, yolların hərəkət hissəsində qar və bəzi yerlərdə buzlaşma var, yağan güclü qar avtomobillərin hərəkətini çətinləşdirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarlı havada 10-a yaxın avtomobil qəzaya düşdü, yaralılar var - FOTO


Ərazidə xidmət aparan BDYPİ-nin YPX Alayının əməkdaşları Yol İstismar İdarəsinin işçiləri ilə birlikdə yolların qardan təmizlənməsi və avtomobillərin təhlükəsiz hərəkətinin bərpa olunması üçün müvafiq tədbirlər görür, eyni zamanda DYP əməkdaşları yolda qalan sürücülərə lazımi köməklik göstərirlər.

"Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan istiqamətlərdə hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunmuş nəqliyyat vasitələrindən istifadə edilməsini, həmçinin qarlı hava şəraitində və buzlu yollarda avtomobili idarə etmək bacarığı olmayanların göstərilən ərazilərdə yola çıxmamasını xahiş edir", - məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO