Bakıda polislər qəzaya uğradı, ağır yaralananlar var – FOTO/VİDEO

Bakıda polislər qəzaya uğradı, ağır yaralananlar var – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda polislər qəzaya uğradı, ağır yaralananlar var – FOTO/VİDEO

56264

Abşeronun Masazır qəsəbəsində ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində qeydə alınıb. Rza Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olub. 

O, sükana nəzarəti itirərək nəqliyyat vasitəsini əvvəlcə rabitə qovşağına, daha sonra işıqfora çırpıb. İşıqfor və rabitə qovşağı sıradan çıxaraq yararsız hala düşüb. İdarəetmədən çıxan avtomobil isə aşıb. 
 

MÖVZU İLƏ BAĞLI:

DİN-dən şirkət əməkdaşının 3 nəfəri öldürdüyü qəza ilə bağlı AÇIQLAMA


Qəza nəticəsində sürücü R.Məmmədov və sərnişin Elmir Həsənli ağır xəsarət alaraq avtomobilin salonunda sıxışıb qalıb. Əraziyə gələn FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hər iki yaralını xüsusi texnika ilə salondan çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil verib.

Məlum olub ki, R.Məmmədovun çiyni sınıb, sərnişində isə aldığı zərbələrdən daxili qanaxma olub. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, R.Məmmədov və E.Həsənli polis serjantlarıdır. Hər ikisi Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarıdır. (APA)

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO