DİN-dən şirkət əməkdaşının 3 nəfəri öldürdüyü qəza ilə bağlı AÇIQLAMA

DİN-dən şirkət əməkdaşının 3 nəfəri öldürdüyü qəza ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: DİN-dən şirkət əməkdaşının 3 nəfəri öldürdüyü qəza ilə bağlı AÇIQLAMA

56134

Daxili İşlər Nazirliyi (DİN) Bakının Binəqədi rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya daxil olan məlumatda deyilir:

"Yanvarın 18-də saat 7 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakinləri - Firudin Əsədovun idarə etdiyi “Hyundai” və Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub.

Nəticədə E.Eyvazov və sərnişinləri - Xanəhməd Əlibəyov və Zaur Həsənov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən digər bir sərnişinin vəziyyəti qənaətbəxşdir.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, F.Əsədovun idarə etdiyi avtomobil “Səba” ASC-yə məxsusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO