Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinə zərər yetirən şəxslər müəyyən olunaraq saxlanılıb.
Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
DİN rəsmisi hazırda araşdırmaların davam etdirildiyini bildirib.
E.Hacıyevin sözlərinə görə, heykəlin qoparılan elementi heykəltaraşın iştirakı ilə yerinə bərpa edilib.
Xatırladaq ki, dünən açılışı olan Hacı Zeynalabdin Tağıyevin heykəli gecə saatlarında zədələnib. Onun əlindəki təsbeh qırılaraq yerə düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev insidentlə bağlı bunları deyib: “Hacı Zeynalabdin Tağıyevin abidəsinin zədələnməsi araşdırılır”.
Bizim.Media