Binəqədidə 2 avtobus toqquşdu, yaralanan var

Hazırda oxunan: Binəqədidə 2 avtobus toqquşdu, yaralanan var

55824

Bakının Binəqədi şossesi Binəqədi kəndi istiqamətində 2 avtobus toqquşub.

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya bildirilib ki,  “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki avtobus toqquşub. 

Daşıyıcı şirkət “Çinar Trans” MMC-dən verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Daşıyıcı şirkətin rəhbərliyi Agentliyə çağırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO