Bakıda anbarda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda anbarda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Hazırda oxunan: Bakıda anbarda baş verən yanğın söndürülüb - YENİLƏNİB

55509

Binə qəsəbəsində anbarda baş vermiş yanğın söndürülüb.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

*** 12:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeyri-yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumata əsasən, metal konstruksiyalardan ibarət anbarda təqribən 70 kvadratmetr sahədə yanğın müşahidə olunur.

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO