Hərbçilərin psixoloji sahədə maarifləndirilməsi üzrə tədbirlər keçirildi - FOTO

Hərbçilərin psixoloji sahədə maarifləndirilməsi üzrə tədbirlər keçirildi - FOTO

Hazırda oxunan: Hərbçilərin psixoloji sahədə maarifləndirilməsi üzrə tədbirlər keçirildi - FOTO

55376

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqlarının Respublika Hərbi Prokurorluğunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birlikdə bölmələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və sosial problemlərinin öyrənilməsinə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandirlərə köməkliklərin göstərilməsinə dair tədbirlər keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Tədbirlər çərçivəsində hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, əsəbi-psixi vəziyyətlərinin qiymətləndirilməsi, hərbi xidməti təhlükəsizliyinin təmin edilməsi, şəxsi heyətin sağlamlığının qorunması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi və digər mövzularda söhbətlər aparılıb, sosial-psixoloji testlər və fəaliyyətlərin səmərəliliyinin artırılması məqsədilə komandir-rəis heyəti ilə təlimat-metodiki məşğələlər keçirilib və tövsiyələr verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO