Ticarət mərkəzləri tezliklə bağlanacaq – Zəruri AÇIQLAMA

Ticarət mərkəzləri tezliklə bağlanacaq – Zəruri AÇIQLAMA

Hazırda oxunan: Ticarət mərkəzləri tezliklə bağlanacaq – Zəruri AÇIQLAMA

55191

Müasir günümüzdə online alış-veriş etmək dünyanın ən böyük trendinə çevrilib. Artıq ərzaqdan tutmuş mebel, elektrik avadanlıqlarına qədər lazım olan əşyaları online şəkildə, vaxt itirmədən əldə edə bilirk. Bu ənənənin daha geniş vüsət almasına pandemiya dövrü daha çox təsir etdi. Dünyada olduğu kimi, Azərbaycanda da elektron ticarətə təlabat günü-gündən artmaqdadır.

Lakin yerli sahibkarlar bu trenddən çox narahatlıq keçirirlər. Müştərilərin mağazalara gəlmədiklərini, qazanclarının aşağı düşdüklərindən şikayətlənirlər. Hətta online alış-veriş siyasətində ağır gömrük qərarlarının tətbiq olunmasını istəyirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda “Omikron”a görə QAPANMA olacaq – Məktəblər isə...


Görəsən doğrudan da online-alış veriş yerli bazaraların inkişafına mane törədirmi? 

Bizim.Media olaraq sualımızı iqtisadi ekspert Natiq Cəfərliyə ünvanladıq. O, əksinə olaraq yerli sahibkarları yeni dünya düzəninə uyğunlaşmalarını və uyğun şəkildə biznes plan qurmaqlarını tövsiyyə edib:

“Online alış-veriş artıq dünyanın ayrılmaz hissəsidir. Bunu hansısa yollarla qarşısını kəsmək, inzibati yollarla məhdudiyyətlər qoymaq doğru deyil. Bizim iş adamları da yavaş-yavaş online ticarətin sirlərini öyrənməlidirlər. Artıq dünyada böyük “Mall” lar və alış-veriş mərkəzlərinin bir neçə ildən sonra tarixə qovuşacağı haqqında ciddi müzakirələr gedir”.

Həmçinin ekspert yerli istehsalın təşviqi üçün indiki sistemin əlverişli olmadığını qeyd edib. Problemin həll yolunda hökümətin addım atmalı olduğu məsələləri diqqətə çatdırıb:

“Yerli istehsalın təşviqi üçün indiki sistem uyğun deyil. Bizdə yerli istehsal qonşu ölkələri və qardaş Türkiyəni nəzərə alsaq, yox saydadır. Türkiyə ilə bu istiqamətdə imzalanan 15 müqavilə əlaqələri genişləndirməyə,vergi rüsumlarını qarşılıqlı şəkildə ləğv edilməsinə köməklik edə bilər. Amma indi manatın məzənnəsi ilə türk lirəsinin ucuz olduğu bir dövrdə Türkiyə istehsalçıları ilə rəqabət etməyimiz mümkün deyil.

Biz nələrsə istehsal etsək də, onun maya dəyəri Türkiyədə istehsal olunan məhsulun dəyərindən baha olacaq. Ona görə də ölkədə başqa təşviq proqramlarına ehtiyac var.

Yerli istehsalçıların ayaqüstə qala bilməsi üçün uzunmüddətli kredit proqramlarında, kommunal və müəyyən xidmətlərdə hökümət güzəştlərinə ehtiyaclar var.

Online ticarət olmayanda bizim yerli istehsalımız beləmi güclü idi? Xeyr. Bizim yerli istehsalımız zəifdir. Və bu zəifliyə online ticarət səbəb deyil.  İnkişafa gedən yol isə təşviq proqramlarından keçir. Şəxsi istehlak üçün internet üzərindən alış-verişə gömrük tərəfindən limit azaldılıb.

Əvvəl 1000 dollara qədər alış-veriş edənlər indi 300 dollara qədər edə bilir. Amma limitin qoyulması heç də alıcıları online sifarişdən çəkindirmədi.

Məncə bu limit məsələlərinə bir son verib, kiçik sahibkarların qeydiyyatdan keçməsinə kömək olmaqla təşəbbüskarlığı artırmaq olar. Bu addım həm də dövlət büdcəsinə fayda verərək, müəyyən vergilərin ödənilməsindəki ehtiyacları qarşılayacaq.

Səkinə Yusibli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO