Bakıda keçmiş məhkumlar arasında DAVA DÜŞDÜ - Ölən var

Bakıda keçmiş məhkumlar arasında DAVA DÜŞDÜ - Ölən var

Hazırda oxunan: Bakıda keçmiş məhkumlar arasında DAVA DÜŞDÜ - Ölən var

54371

Bakıda keçmiş məhkum qətlə yetirilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə yanvarın 7-də saat 17 radələrində Binə qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Cəbrayılovun öldürülməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Kazımovun münaqişə zəminində Z.Cəbrayılovu bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO