Bakıda 35 yaşlı qadın mədəsində kəskin ağrı və qanaxma ilə klinikaya müraciət edib.
Bizim.Media xəbər verir ki, onun mədəsində daşlaşmış kütlə aşkarlanıb.
Tibbdə bezoal adlanan bu kütlə müxtəlif yığnaqlardan əmələ gəlir. Bu, sözügedən xəstədə adi yapon xurmasının tumlarından yaranıb.
Qastroenteroloq həkim Həcər Ağakişiyeva qastroskopik müayinə zamanı xəstənin mədəsində daşlaşmış kütlə, xora aşkar edildiyini deyib:
“Pasiyent xurmanı tumları ilə birgə yeməyi xoşlayırmış. Təxminən 1 ilə yaxın idi ki, tumlar orda yığılıb daşlaşmışdı. Mədədə xora və qanaxma yaratmış, nəticədə xəstədə kəskin qanazlığı, hemoqlobin kritik həddə düşmüşdü. Endoskopik müayinədə bezoarı, xoranı təyin etdik. İlk öncə müalicə yazdıq, qanama dayandı, vəziyyət bir az stabilləşəndən sonra endoskopik olaraq təxminən 35-40 tumdan ibarət kütləni parçalayaraq çıxartdıq". (Medicina.az)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
05:21 / 08.01.2022
Xurmanı tumları ilə yeyən qadının mədəsi daşlaşdı – FOTO
Hazırda oxunan: Xurmanı tumları ilə yeyən qadının mədəsi daşlaşdı – FOTO
Hazırda oxunan: Xurmanı tumları ilə yeyən qadının mədəsi daşlaşdı – FOTO
54343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.