Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev Qazaxıstana uçmağa hazırdır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya sosial şəbəkələrdə yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Almatıda onlarla etirazçı məhv edildi - Qazaxıstanda son VƏZİYYƏT
Onun sözlərinə görə, Qazaxıstanda baş verəcək hər hansı bir sarsıntı bütün Orta Asiyaya, bütün Avrasiyaya təsir edəcək.
“Əziz bacı və qardaşlarım. Mən sizə kömək etməyə və ilk zənginizlə ora getməyə hazıram”, deyə onun Facebook səhifəsindəki yazısında qeyd edilir.
Yazıçı 1990-cı ilin Yanvar hadisələrindən sonra məşhur qazax yazıçısı Oljas Süleymenovun Bakıdakı missiyasını da xatırladıb.
“Biz bunu heç vaxt unutmayacağıq. Hər zaman xalqınızın yanındayıq! Hər zaman və istənilən şəraitdə!”, - deyə Abdullayev vurğulayıb.
Bizim.Media