Sinoptiklərdən PROQNOZ: “Sabah yağış yağacaq”

Sinoptiklərdən PROQNOZ: “Sabah yağış yağacaq”

Hazırda oxunan: Sinoptiklərdən PROQNOZ: “Sabah yağış yağacaq”

53794

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gün ərzində cənub küləyi ilə əvəz olunacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Azəri Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda deyilir.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti təşkil edəcək. Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Mülayim qərb küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO