Sumqayıtda köməksiz qalan uşaq belə xilas edildi - ANBAAN VİDEO

Sumqayıtda köməksiz qalan uşaq belə xilas edildi - ANBAAN VİDEO

Hazırda oxunan: Sumqayıtda köməksiz qalan uşaq belə xilas edildi - ANBAAN VİDEO

53478

Sumqayıt şəhərində xilasedicilər köməksiz vəziyyətdə qalan uşağı xilas ediblər.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya bildirilib ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 17-ci mikrorayonda bir nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu il təvəllüdlü uşağın beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə mənzilə eyvandan daxil olub uşağı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO