Yaddaşı möhkəmləndirir – Hər gün bir dənə yeyin

Yaddaşı möhkəmləndirir – Hər gün bir dənə yeyin

Hazırda oxunan: Yaddaşı möhkəmləndirir – Hər gün bir dənə yeyin

53464

İnsan orqanizmi özü 11 amin turşusu istehsal edir. Lakin digər funksiyaları sağlam şəkildə yerinə yetirə bilməsi üçün bədən əlavə amin turşularına ehtiyac duyur.

Bizim.Media xəbər verir ki, hər gün bir yumurta yeməklə bədənə lazım olan əlavə amin turşusu miqdarını qarşılamaq mümkündür. 

Yumurtanın faydalarını təqdim edirik:

Sümükləri gücləndirir

Yumurtanın tərkibində sümük əriməsinin qarşısını alan və sümükləri gücləndirən kalsium var. Tərkibindəki D vitamini bədəndəki kalsium tarazlığını təmin edərək dişlərin də inkişafını təmin edir.

Sinir sistemini qoruyur

Gündə bir ədəd yumurta yemək bədəni müxtəlif bakteriyalara və infeksiyalara qarşı qoruyur. Gündə bir ədəd yumurta yeyərək, gündəlik selenium miqdarının demək olar ki, hamısını qarşılamış olarsınız. Selenium sinir sistemini gücləndirir.

Əzələləri gücləndirir

Yumurta zülal qaynağı olan qidalar sırasındadır. Əzələ yığmaq üçün məşqlər edirsinizsə, yumurta yemək sizin zülal ehtiyacınızı qarşılayacaq və əzələlərinizin inkişafına yardım edəcək.

İnfarkt riskini azaldır

Aparılan araşdırmalar sübut edib ki, yumurtada olan aşağı miqdarda lipoprotein ürək infarktına tutulma riskini azaldır.

Kataraktın yaranmasına mane olur

Yumurtanın içərisində olan müxtəlif antioksidantlar göz sağlamlığını qoruyur və kataraktın yaranmasını azaldır.

Arıqlamağa kömək edər

Yumurta tərkibində olan bol miqdarda zülal sayəsində tez doymanıza kömək olur. Beləliklə, qan şəkəriniz aşağı düşməz və aclıq böhranlarına girməzsiniz. Hər gün bir yumurta yemək gün ərzində aclıq böhranlarının qarşısını alaraq, qısa müddətdə arıqlamağınızı təmin edər.

Beyninizi işlədər

Yumurtanın tərkibində olan kolin beynin böyüməsini və inkişafını təmin edir. Digər tərəfdən kolin yaddaşı möhkəmləndirir və daha dəqiq olmanıza kömək edər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO