''Bu uzun bir prosesdir'' - ÜST peyvənd planını açıqladı

''Bu uzun bir prosesdir'' - ÜST peyvənd planını açıqladı

Hazırda oxunan: ''Bu uzun bir prosesdir'' - ÜST peyvənd planını açıqladı

5322

Ümumdünya Səhiyyə Təşkilatı 2021-ci ilin sonuna qədər “COVID-19” üçün 2 milyard doza peyvənd əldə etməyi nəzərdə tutur.

Bizim.Media xəbər verir ki, bu barədə ÜST-nin Baş direktorunun baş məsləhətçisi Bryus Eylvord açıqlama verib.

“2021-ci ilin sonuna qədər 2 milyard peyvənd əldə etməyə çalışırıq. Ola bilər ki, bu rəqəm yüksək olsun və ümid edirik ki, bu, daha tez baş verəcək”,- deyə Eylvord qeyd edib.

“Tunelin sonunda bir işıq var. Peyvəndlərdən istifadə edərək “COVID-19”a qarşı qoruyucu toxunulmazlıq yarada bilərik. Ən əsası isə bunu üç fərqli platformada inkişaf etdirilən peyvəndlərlə edə bilərik. Bu, gözlədiyimizdən daha çox məhsul əldə edə biləcəyimiz deməkdir. Ancaq bu, uzun bir prosesdir”,- deyə Eylvord sözlərinə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO