Qarşıdan gələn bayram günlərində bölgələrə üz tutan vətəndaşların sayında artım müşahidə ediləcək.
Bizim.Media xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişin axını ilə bağlı hərəkətə keçib.
Rahat gediş-gəlişi təmin etmək üçün xəttə əlavə avtobuslar buraxılacaq.
Dövlət avtomobil nəqliyyatı xidmətinin rəsmisi Günay Əliyeva qeyd edib ki, sərnişin çoxluğu nəzərə alınaraq müvafiq daşıyıcı şirkətlərə tapşırıq verilib.
Əlavə avtobusların daha çox hansı istiqamətlər üzrə xəttə buraxılacağı da məlumdur.
Xidmət rəsmisi qeyd edib ki, gedişhaqqı tariflərində heç bir dəyişiklik yoxdur.
Bizim.Media