Mingəçevirdə güclü yanğın 17 evə keçdi və... - SON MƏLUMAT - FOTO

Mingəçevirdə güclü yanğın 17 evə keçdi və... - SON MƏLUMAT - FOTO

Hazırda oxunan: Mingəçevirdə güclü yanğın 17 evə keçdi və... - SON MƏLUMAT - FOTO

52948

Mingəçevir şəhərinin Günəşli yaşayış massivində yerləşən fərdi evlərdən birində baş verən güclü partlayış bir ev tamamilə yanıb, 17 evə isə ciddi ziyan dəyib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, aidiyyatı qurumlar gün ərzində vətəndaşlara dəyən ziyanın miqyasının dəyərləndirilməsi ilə məşğul olublar. 
 

MÖVZU İLƏ BAĞLI:

Mingəçevir şəhərində güclü partlayış – Bir ev tamamilə yandı – 3 nəfər xəsarət aldı - FOTO


Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən zərər görən evlərin təcili yaşayış üçün yararlı vəziyyətə salınması üçün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi rəsmisi Şəhriyar Mustafayevin verdiyi məlumata görə, indiki saatlarda yaşayış və gecələmək üçün mümkün hesab edilən 4 evdə hazırda təcili təmir işləri aparılır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO