Ölkə ərazisində fəaliyyət göstərən ümumölkə radio kanallarının daimi monitorinqləri aparılıb.
Bizim.Media xəbər verir ki, bu barəd Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2021-ci il üzrə hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, ümumilikdə, aparılmış monitorinqlər göstərib ki, MTRŞ tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 2020-ci il ilə müqayisədə bu il ərzində qanunvericiliyin tələblərinə yayımçılar tərəfindəndaha çox riayət olunub.
MÖVZU İLƏ BAĞLI:
MTRŞ iddiaçılara lisenziya vermədi
MTRŞ-nın il ərzində əsas monitorinq istiqamətlərindən biri də əcnəbi serialların yayımlanmasına nəzarət olüb. Bu sahədə yayımçılar tərəfindən pozuntu faktları aşkarlanmayıb.
Seriallar tam olaraq dublyaj olunmuş vəziyyətdə, yayımçılara icazə verilmiş kvota və müddətlərə yayımlanır.
Bizim.Media