Bakıda ərini öldürən qadın məhkəmə zalından azadlığa BURAXILDI

Bakıda ərini öldürən qadın məhkəmə zalından azadlığa BURAXILDI

Hazırda oxunan: Bakıda ərini öldürən qadın məhkəmə zalından azadlığa BURAXILDI

52712

Ərini qətlə yetirməkdə təqsirləndirilən Sevda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Məhkəmə Sevda Babayeva barəsində verilən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsini CM-in 123-cü (zəruri müdafiə həddini aşmaqda adam öldürmə) maddəsinə tövsif edib.

S. Babayevaya bu maddə ilə 1 il 6 ay həbs cəzası verilib. Azərbaycanda Zəfər Günü ilə bağlı qəbul edilən Amnistiya Aktı şamil olunmaqla o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bu il aprelin 21-də saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO