Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Azərbaycanı təhlükəsiz səyahət istiqamətləri siyahısına salıb.
Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, BƏƏ-nin paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Afrika və Latın Amerikasının bir sıra ölkələri istisna olmaqla təhlükəsiz səyahət istiqamətləri siyahısını yeniləyib.
Departament “yaşıl” adlanan siyahıdakı 95 ölkənin sayını 73-ə endirib.
Adları “yaşıl” siyahıya salınan ölkələrdən BƏƏ-yə gələn səyahətçilərin karantindən keçməsinə ehtiyac yoxdur.
Təhlükəsiz ölkələr siyahısına Azərbaycanla yanaşı, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Latviya, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan kimi ölkələr daxildir.
Səyahətçilər Əbu-Dabiyə daxil olmaq üçün yola düşməzdən 48 saat əvvəl PCR testindən keçməli, beynəlxalq uyğunluq asossiasiyası saytında qeydiyyatdan keçməlidirlər.
Yeni qaydalar bu gün qüvvəyə minib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:43 / 26.12.2021
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanı “təhlükəsiz ölkələr” siyahısına saldı – Bu gündən etibarən…
Hazırda oxunan: Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanı “təhlükəsiz ölkələr” siyahısına saldı – Bu gündən etibarən…
Hazırda oxunan: Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanı “təhlükəsiz ölkələr” siyahısına saldı – Bu gündən etibarən…
52536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.