Etiqad azadlığı haqqında qanunvericilikdə edilən son dəyişiklikdən sonra bir çox dini icmaların fəaliyyəti ləğv olundu. Dövlət qurumları tərəfindən ləğv olunan dini icmalardan biri də Binəqədi Rayon 8-ci mikrorayon, Azadlıq prospekti 28 ünvanda faliyyət göstərən Binəqədi Rayon Dini İcmasıdır. Bu icmanın qeydiyyatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ləğv olunsa da hələ də fəaliyyət göstərir.
Həmin icmanın imamı kimi tanınan Həsənzadə Ramin Abdulla oğlu rəsmi olaraq heç bir dini təhsili olmadan fəaliyyət göstərir.
Qanunvericilikdə cinayət işi kimi qiymətləndirilən qeyri- qanuni dini fəaliyyətin çox təəssüf ki, Binəqədi rayonunda yerləşən dini icmaya sanki adiyyatı yoxdur. Həmin icmaya yaxın olan bir mənbə bildirir ki, bu icmada qeyri- rəsmi olaraq QHT adı altında könüllü bir neçə qadın və kişilərdən ibarət dəstə formalaşıb və həmin dəstə kasıb adamların siyahısını tutub, həmin insalara maddi dəstək adı altında müəyən maraqlara uyğun formada yardımlar edirlər və həmin yardımın mənbəyi istər dövlətə, istərsə də ictimayyətə qaranlıqdır.
Bundan əlavə dini icmanın fəaliyyətinə bir çox xarici qurumlar maliyyə yardımı edir.
Moderator.az:
Bu material bir oxucumuz tərəfindən saytın poçtuna göndərilib. Biz bu günlərdə adıçəkilən komitəyə təyinat almış hörmətli Mübariz Qurbanlıya müraciət edərək yazıda qeyd olunan məqamların araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün göstəriş verəcəyinə şübhə etmirik.
Mövzunu diqqətdə saxlayacağıq və komitədən bununla bağlı rəsmi məlumat əldə etməyə çalışacağıq.































































































