Bakının Binəqədi rayonunda yerləşən restoranlardan birində yanğın başlayıb.
Bu haqda informasiyanı Bizim.Media-nın hadisə yerində olan əməkdaşı yayıb.
Mənbə qeyd edir ki, yanğın Cəfər Xəndan küçəsindəki “Qoç ət” restoranında qeydə alınıb.
İlkin məlumata görə, yanğın soba borusunun tutulmasından sonra baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və texnikası cəlb edilib.
Bizim.Media