Bakıda naməlum obyekt havada yanaraq yerə düşdü - VİDEO

Bakıda naməlum obyekt havada yanaraq yerə düşdü - VİDEO

Hazırda oxunan: Bakıda naməlum obyekt havada yanaraq yerə düşdü - VİDEO

0:00
0:00
51617

Bakı sakinləri bu gün səhər saatlarında havada yanaraq yerə doğru hərəkət edən obyekt görüblər.

Bizim.Media xəbər verir ki, havada yanaraq yerə düşən obyekt şəhərin bir çox istiqamətlərindən müşahidə edilib.
 

Azərbaycan Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru professor Nəriman İsmayılov bildirib ki, fəzada çoxlu sayda müxtəlif ölçülü göy cisimləri mövcuddur.


Onlar müxtəlif səbəblərdən aşınaraq öz orbitini tərk edir və istənilən istiqamətə uça bilir.

“Onlardan bir neçəsi də yer orbitinə daxil ola bilir. Yer kürəsində böyük sürət nəticəsində yüksək temperatura qədər qızır və aşınır. Belə cisimləri meteorlar adlandırırlar.

Onlar yerə düşəndə isə daş parçası formasında olur. Meteoritlər müxtəlif ölçüdədir. Onların böyüklərinə bolidlər deyirlər. Bolidlər daha parlaq formada olurlar. Onlar yerə çatmadan kül olurlar. Bakı səmasında müşahidə olunan cisim bu tip cisimlərdəndir”, - deyə qurum rəsmisi bildirib. (Trend)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO