FHN-dən Bərdədəki yanğınla bağlı MƏLUMAT

FHN-dən Bərdədəki yanğınla bağlı MƏLUMAT

Hazırda oxunan: FHN-dən Bərdədəki yanğınla bağlı MƏLUMAT

0:00
0:00
51363

Bərdə şəhərində ümumi sahəsi 500 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (avtomobil təmiri sexi, avtomobil ehtiyat hissələrinin satışı mağazası, ərzaq və ayaqqabı mağazası) ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 126 m² sahədə yanıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Yüksək temperaturdan ayaqqabı mağazasının lambirindən ibarət tavanı 24 m² sahədə əriyib.
 

MÖVZU İLƏ BAĞLI:

FHN-dən yaşayış binasında yerləşən restorandakı yanğınla bağlı AÇIQLAMA - VİDEO


FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO