Cinlərə görə falçı Şövkəti bıçaqladılar - VİDEO

Cinlərə görə falçı Şövkəti bıçaqladılar - VİDEO

Hazırda oxunan: Cinlərə görə falçı Şövkəti bıçaqladılar - VİDEO

0:00
0:00
51287

Mahaçqalada 56 yaşlı məşhur falçı Şövkət Calayeva 12 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, hadisə günü qadın  mağazaya yollanıb. Həmin vaxt onun evinə ortaboylu bir kişi girib. 

Şövkət mağazadan qayıtdıqdan bir neçə dəqiqə sonra həmin şəxs evdən sürətli addımlarla çıxaraq cinayət yerindən qaçıb.

Bütün bunlar müşahidə kamerası tərəfindən qeydə alınıb. Artıq şübhəli şəxs saxlanılıb. O, cinayəti etiraf edib.
 

Kişi 56 yaşlı falçının onu caduladığını və “cinləri” ona ürcah etdiyindən əmin olduğunu bildirib. Şübhəli şəxs cinlərin onu rahat yaşamağa imkan vermədiyini əlavə edib. Bu səbəbdən o, falçının evinə yollanıb və bıçaqlayıb.


Qeyd edilir ki, Şövkət Calayeva Mahaçqalada məşhur falçı olub, yüzlərlə insan müntəzəm olaraq ona müraciət edib. Bununla belə o, dinə zidd fəaliyyətinə son qoyması üçün dəfələrlə hədə-qorxu da alıb.

Videonu təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO