Sabah Bakıda hava dəyişkən buludlu olacaq

Sabah Bakıda hava dəyişkən buludlu olacaq

Hazırda oxunan: Sabah Bakıda hava dəyişkən buludlu olacaq

5124

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə çiskinli olacağı  gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz  10-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  65-75 faiz olacaq.

Dekabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı, qar  yağacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 0-4, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 şaxta olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO