Corat qəsəbəsində “dəvə qutabı” fırıldağı

Corat qəsəbəsində “dəvə qutabı” fırıldağı

Hazırda oxunan: Corat qəsəbəsində “dəvə qutabı” fırıldağı

51026

Bütün ölkədə dəvə qutabının verildiyi yeganə böyük məkan olan Sumqayıtın Corat qəsəbəsindəki dənizkənarı kafelərdə vətəndaşların kütləvi şəkildə aldadılması prosesi yaşanmaqdadır. Bu barədə Moderator.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, dənizkənarı ərazidə təxminən 20-yə qədər ictimai iaşə müəssisəi fəaliyyət göstərsə də, onların yalnız ikisində istehlakçılara həqiqətən də dəvə ətindən hazırlanan qutablar təqdim edilir. Əksər obyektlərdə isə vətəndaşlara dəvə qutabı adı altında at ətindən hazırlanan qutablar verilməkdədir. 

Mənbənin məlumatına görə, dəvə əti öz qiymətinə görə at ətindən baha olduğu və az tapıldığı üçün əksər obyekt sahibləri daha artıq qazanc götürmək naminə istehlakçılara aldatmağa üstünlük verir. Mənbənin bildirdiyinə görə, müvafiq qurumların sözügedən obyektlərdə aparacağı adi bir reyd gün ərzində yüzlərlə insanın aldadılması gerçəyini isbat edə bilər.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO