Kəlbəcərə icazəsiz keçmək istəyən koronavirus xəstəsi saxlanıldı

Kəlbəcərə icazəsiz keçmək istəyən koronavirus xəstəsi saxlanıldı

Hazırda oxunan: Kəlbəcərə icazəsiz keçmək istəyən koronavirus xəstəsi saxlanıldı

0:00
0:00
50739

Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən koronavirus xəstəsi saxlanılıb

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan məlumat verilib.

Göygöl rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları komendant postunda xidmət aparan zamanı, müvafiq icazəsi olmadan Kəlbəcər rayonuna getmək istəyən şəxsi saxlayıb. 
 

Araşdırmalar zamanı Qazax rayon sakini Yaşar Allaxquliyevin eyni zamanda COVİD-19 infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicə olunmalı olduğu halda yaşayış yerini tərk etmsi də müəyyən edilib.


RPŞ əməkdaşları müəyyən edilmiş tibbi prosedurlar gözləməklə onu yaşadığı ünvana geri qaytarıb, faktla bağlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO