Avstraliyalılar Gürcüstanda Azərbaycan sərhədinədək yeni yol inşa edir

Avstraliyalılar Gürcüstanda Azərbaycan sərhədinədək yeni yol inşa edir

Hazırda oxunan: Avstraliyalılar Gürcüstanda Azərbaycan sərhədinədək yeni yol inşa edir

0:00
0:00
50627

Gürcüstan paytaxtını Kaxetiya bələdiyyəsi ilə birləşdirəcək Tbilisi-Saqareco avtomobil yolunun tikintisinə start verilir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı energetikanın inkişafı nazirliyi yayıb.

Tbilisi-Saqareco yolu Azərbaycanın şimal-qərb regionuna gedən tranzit dəhlizinin bir hissəsidir. Bu hissədə nəqliyyat axınının intensivliyi əhəmiyyətli dərəcədə artır və mövcud yol əhalinin sıx məskunlaşdığı kənd və şəhərlərdən keçir: Vaziani, Sartiçala, Ninotsminda və Saqareco.

"Yeni yolun tikintisi yol hərəkətinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq və gediş vaxtını azaldacaq", - nazirliyin məlumatında deyilir.

Nazirlikdən verilən məlumata görə, Tbilisi-Saqareco magistralında uzunluğu 31,5 kilometr olan dördzolaqlı asfalt-beton yol çəkiləcək.
Layihə Gürcüstanın dövlət büdcəsi hesabına maliyyələşdiriləcək. Yolların layihələndirilməsi işləri Dünya Bankının maliyyə dəstəyi ilə yüksək ixtisaslı Avstraliya və Amerika şirkətləri tərəfindən həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO