Azərbaycanda adam oğurlayan dəstə üzvlərinə hökm oxundu

Azərbaycanda adam oğurlayan dəstə üzvlərinə hökm oxundu

Hazırda oxunan: Azərbaycanda adam oğurlayan dəstə üzvlərinə hökm oxundu

50571

Lənkəran Ağır Cinayətlər Məhkəməndə adam oğurluğunda təqsirləndirilən mütəşəkkil dəstə üzvləri - İmran Hüseynov, Eyvaz Nəzərov və Rahil Manafovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Nəzərov 11 il, R.Manafov 8 il 6 ay və İ.Hüseynov isə il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə bu ilin fevral ayının 9-da Şirvan şəhəri ərazisində qeydə alınıb. Belə ki, E.Nəzərov qonşuları - Ş.Qasımovanı və onun bacısı İ.Qasımovanı bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçaraq hüquq-mühafizə orqanlarından gizlənməyə müvəffəq olub.

Hadisə zamanı yaralanan hər iki bacı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Eyni zamanda, E.Nəzərov qohumu İ.Hüseynov və tanışı R.Manafovla qabaqcadan əlbir olaraq, hadisə baş verməzdən öncə adı çəkilən bacılardan birini qaçırıb. Qaçırılan qadın ondan qurtulmaq üçün ailəsi ilə görüşmək bəhanəsi ilə E.Nəzərovun müşayiəti ilə evlərinə gəlib, elə həmin anda da bıçaqlanma hadisəsi baş verib.

Bu il may ayının 15-də Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Nəzərov Abşeron rayonu Xırdalan şəhəri ərazisində, İ.Hüseynov Bakı şəhəri ərazisində saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsinə təhvil veriliblər.

Dəstənin digər üzvü - Hacıqabul rayon sakini R.Manafov cinayət hadisəsinin törədilməsindən bir müddət sonra tutularaq məsuliyyətə cəlb olunub.

E.Nəzərovun barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO