“Villamı ehtiyacım olmadığı üçün satmışam” - İbrahimov

“Villamı ehtiyacım olmadığı üçün satmışam” - İbrahimov

Hazırda oxunan: “Villamı ehtiyacım olmadığı üçün satmışam” - İbrahimov

50490
“Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) sabiq prezidenti Tağı İbrahimov Novxanıda yerləşən villasını tanınmış müğənni, biznes-ledi Ruhi Əliyevaya 4,5 milyona satması barədə yayılan məlumatlara münasibət bildirib. 

 

Moderator.az xəbər verir ki, T.İbrahimov Publika.az-a açıqlamasında villasını satmasını təsdiq edib: “Ancaq mən villamı Ruhiyə satmamışam, Moskvada azərbaycanlı iş adamı var, ona satmışam. Amma villamı alan adamın adını deməyəcəm. Villanı ehtiyacım olmadığı üçün satmışam. Çünki neçə ildir ki, ailəmlə bir yerdə Türkiyədə yaşayırıq, övladlarım da 2 ildir ki, burada yaşayır. Villanı da oğluma hədiyyə etmişdim, o satıb”.

T.İbrahimov qeyd edib ki, sözügedən villa 4,5 milyondan aşağı qiymətə satılıb:

 “Villa mətbuata yazılan qiymətə satılmayıb. Aşağı qiymətə satılıb. Bankrot olduğum üçün satılması boş söhbətlərdir. Sadəcə, ehtiyacım yoxdur deyə satmışam. Əgər bankrot olsaydım, gedib Hacı İbrahimdən pul götürərdim də, daha villamı niyə satım? Bir daha deyirəm, o villada, o bağda neçə il idi ki, yaşamırdıq. Villada 4 nəfər mühafizəçi qalırdı, onlara vermişdim, özləri üçün kef edirdilər. Ona görə də o villanı satdıq. İndi Türkiyədə mənim bağım, hər cür şəraitim də var. Azərbaycanda isə indi 200 min kvadratlıq ev tikirəm”.

Teleradio biznesi ilə artıq tam vidalaşdığını vurğulayan T.İbrahimov deyib: “Daha televiziya və ya radio filan açmayacam. İndi mənim əsas işlərim Rusiya və Türkiyədədir. Azərbaycanda işim çox azdır. Televiziya işindən tam uzaqlaşmışam. Mənə də heç bir təzyiq filan olmayıb. Normal işimiz, gücümüz var, dövlətə xidmət edən adamlarıq. Axı nə üçün bizə təzyiq də olmalıdır? Bu barədə yazılanlar da doğru deyil”.

 T.İbrahimov həmçinin qeyd edib ki, qardaşları ilə münasibətləri yüksək səviyyədədir:

 “Bütün qardaşlarımla münasibətlərim yaxşıdır, problemimiz yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO