Neftçalada yaşayış binasında yanğın: 30 nəfər təxliyə edildi

Neftçalada yaşayış binasında yanğın: 30 nəfər təxliyə edildi

Hazırda oxunan: Neftçalada yaşayış binasında yanğın: 30 nəfər təxliyə edildi

50474

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Neftçala şəhərində Heydər Əliyev prospekti ünvanında beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1080 m² olan dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və damda quraşdırılmış 5 ədəd plastik su çəni yanıb.

Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO