Şəmkirdə qadın bıçaqla hədələndi - Qızılları oğurlandı

Şəmkirdə qadın bıçaqla hədələndi - Qızılları oğurlandı

Hazırda oxunan: Şəmkirdə qadın bıçaqla hədələndi - Qızılları oğurlandı

50171

Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisində kirayədə yaşayan Gəncə şəhər sakini A.Zeynalovanın bıçaqla hədələnərək pulunun, 15 000 manat dəyərində qızıl-zinət əşyalarının, mobil telefonunun və pulqabısının alınması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş S.Misirov müəyyən edilərək paytaxt ərazisində idarə etdiyi “Opel” markalı avtomobillə birgə saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO