Masallıda bu zavod fəaliyyətini dayandırdı – SƏBƏB - VİDEO

Masallıda bu zavod fəaliyyətini dayandırdı – SƏBƏB - VİDEO

Hazırda oxunan: Masallıda bu zavod fəaliyyətini dayandırdı – SƏBƏB - VİDEO

0:00
0:00
50010

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə Bizim.Media-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bu çərçivədə, Xidmət tərəfindən Masallı rayonunda yerləşən “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə məxsus Asfalt-beton istehsalı zavodunda planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

Qeyd olunanları nəzərə alaraq, Masallı rayonunda yerləşən “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə məxsus Asfalt-beton istehsalı zavodunda yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktları aşkar edilmiş sahələrdə işlərin görülməsinin dayandırılması barədə qərar qəbul edilib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO