“Günəşli” yatağının kəşfçilərindən biri vəfat etdi - FOTO

“Günəşli” yatağının kəşfçilərindən biri vəfat etdi - FOTO

Hazırda oxunan: “Günəşli” yatağının kəşfçilərindən biri vəfat etdi - FOTO

49947

Geologiya-mineralogiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Fərid Dadaşov vəfat edib.

Bizim.Media xəbər verir ki,bu gün dünyasını dəyişən alim 1957-ci ildən AMEA-nın Geologiya və Geofizika İnstitutunda işləyib.

Fərid Dadaşov neft-qaz geologiyası, təbii qazların geokimyası və faydalı qazıntıların geokimyəvi axtarışı üsullarının işlənilməsi sahəsində görkəmli alim kimi tanınırdı.

Cənubi Xəzərdə bir sıra iri neft, qaz və qaz-kondensat yataqlarının açılması onun proqnozları ilə təsdiqlənmişdi. O, “Günəşli” dəniz neft yatağının ilk kəşfçilərindən biri idi.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO