Kəlbəcərdə şəhid olan Asifin FOTOSU

Kəlbəcərdə şəhid olan Asifin FOTOSU

Hazırda oxunan: Kəlbəcərdə şəhid olan Asifin FOTOSU

49801

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Bizim.Media xəbər verir ki, 2002-ci təvəllüdlü şəhid Asif Əliyev subay olub. Əslən Siyəzən rayonunun Zarat kəndindəndir.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid oldu


O, ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış. Şəhidin bir bacısı var.

A.Əliyev Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO