Kəlbəcərdə şəhid olan əsgər kimdir? – Yanvarda tərxis olunacaqdı - VİDEO

Kəlbəcərdə şəhid olan əsgər kimdir? – Yanvarda tərxis olunacaqdı - VİDEO

Hazırda oxunan: Kəlbəcərdə şəhid olan əsgər kimdir? – Yanvarda tərxis olunacaqdı - VİDEO

49785

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə,  Kəlbəcərdə şəhid olan 01.06.2002-ci il təvəllüdlü Asif Əliyev Siyəzən rayonunun Zarat kəndindəndir.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid oldu


Əsgər 2022-ci ilin yanvar ayında ordudan tərxis olunmalı idi. Siyəzən rayon icra hakimiyyəti Bizim.Media-ya faktı təsdiqləyib.

Şəhid əsgərin nəşi hələ gətirilməyib.

Aytəkin Alxaslı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO