Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qaldı

Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qaldı

Hazırda oxunan: Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qaldı

0:00
0:00
49664

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanından düşərək birinci mərtəbəsindəki mənzilin artırmasının damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisənin baş verdiyi ünvana cəlb olunub.

Xilasedicilər yaralı vəziyyətdə olan vətəndaşı müvafiq qaydada damdan düşürüb və hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verərək xilas olunmasını təmin ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO