Karantini pozan çay evi aşkarlandı

Karantini pozan çay evi aşkarlandı

Hazırda oxunan: Karantini pozan çay evi aşkarlandı

4963

Abşeron rayonunda komendant saatının tələblərini və karantin qaydalarını pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib.

Bizim.Media-ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron rayonunda komendant saatının tələblərini və karantin qaydalarını pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib.

Xırdalan şəhərində polislər tərəfindən nəzarət tərdbirləri həyata keçirilən zaman “Ray club”adlı çay evinin müəyyən edilən tələbləri kobud sürətdə pozaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Çay evində qaydalara əks olaraq müştərilərə qəlyan da təklif edilib.

Obyektin sahibi, xidmət personalı və orada olan 18 müştəri Abşeron Rayon Polis İdarəsinə aparılıblar. Onlar barəsində inzibati protokollar tərtib edilib. Toplanan materiallar baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO