Palaz çırpmaq 45 yaşlı qadının başına bəla oldu – Eyvandan yerə yıxıldı

Palaz çırpmaq 45 yaşlı qadının başına bəla oldu – Eyvandan yerə yıxıldı

Hazırda oxunan: Palaz çırpmaq 45 yaşlı qadının başına bəla oldu – Eyvandan yerə yıxıldı

49187

Mingəçevirdə eyvanın məhəccəri qırılıb, palaz çırpan qadın yerə yıxılıb.

Bizim.Media xəbər verir ki, hadisə Günəşli yaşayış massivinin 15-ci döngəsində yerləşən iki mərtəbəli evdə  baş verib.

Palaz çırpmaq üçün eyvana çıxan 1976-cı il təvəllüdlü şəhər sakini Namidə Əhəddin qızı Ələsgərova  bədbəxt hadisə ilə üzləşib.

Gözlənilmədən eyvanın mühəccəri qırılıb və  müvazinətini itirən  45 yaşlı qadın ikinci mərtəbədən yerə çırpılıb.

Müxtəlif sınıq xəsarətləri alan yaralı təcili xəstəxanaya yerləşdirilib.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO