Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 150 m² olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 12 m² sahədə, eyvana açılan qapı və pəncərə çərçivəsi yanıb.
Bizim.Media Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Abdullayev Sərhəd Səməd oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:03 / 03.12.2021
Bakıda yaşayış binasında yanğın: Bir nəfər yanaraq öldü
Hazırda oxunan: Bakıda yaşayış binasında yanğın: Bir nəfər yanaraq öldü
Hazırda oxunan: Bakıda yaşayış binasında yanğın: Bir nəfər yanaraq öldü
48976
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.