Ağdamda “Qarabağ Zəfərinin Ağdam müjdəsi” adlı TƏDBİR - FOTO

Ağdamda “Qarabağ Zəfərinin Ağdam müjdəsi” adlı TƏDBİR - FOTO

Hazırda oxunan: Ağdamda “Qarabağ Zəfərinin Ağdam müjdəsi” adlı TƏDBİR - FOTO

47900

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam şəhərində hər iki qurumun rəhbər heyətinin, Vətən müharibəsi qazilərinin və ağdamlı gənclərin iştirakı ilə “Qarabağ Zəfərinin Ağdam Müjdəsi” adlı tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir iştirakçıları səfər çərçivəsində Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi, Ağdam Cümə və Qiyaslı məscidləri, Ağdam Dövlət Dram Teatrının binasının qalıqları olan ərazilərə gedərək, işğal dövründə erməni vandalizminə məruz qalan tarixi-mədəni abidələr ilə yaxından tanış olublar. Ağdam Cümə məscidində camaat namazı qılınıb, Allaha şükranlıq duaları edilib.

 


Ağdam Dövlət Dram Teatrının binasının qalıqları qarşısında hər iki təşkilatın adından təcəvüzkar Ermənistanın işğalçılıq siyasətini və vanadlizm hərəkətlərini, regionda sülhün təmin olunmasında pozuculuq fəaliyyətlərini pisləyən birgə bəyanat səsləndirilib.



Sonra tarixi Şahbulaq qalasında media nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub. Tədbirin rəsmi hissəsində hər iki təşkilatın İdarə Heyətinin üzvləri, Vətən müharibəsi qaziləri çıxışlar edərək öz təəsüratlarını bölüşüblər. Təşkilatlar arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Tədbir Qarabağ gənclərinin ifasında musiqili-bədii hissə ilə davam edib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO