Noyabrın 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ASELSAN şirkətinin idarə heyətinin sədri və baş direktoru cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qonaqları salamlayan Müdafiə naziri ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində müsbət addımlar atıldığını, hər iki ölkə başçılarının dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan-Türkiyə əlaqələrinin bütün istiqamətlərdə genişlənməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Nazir Vətən müharibəsində istifadə olunan ASELSAN şirkətinin istehsalı olan texniki avadanlıqların yüksək keyfiyyətə malik olduğunu xüsusi vurğulayıb.
Görüşdə müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, həmçinin qoşunlarımızın texniki təchizatının daha da gücləndirilməsi məqsədilə iki qardaş ölkənin həyata keçirdiyi birgə layihələr müzakirə edilib.
Bizim.Media