Nazirlər Kabineti qaydaları dəyişdi...

Nazirlər Kabineti qaydaları dəyişdi...

Hazırda oxunan: Nazirlər Kabineti qaydaları dəyişdi...

46681
Nazirlər Kabineti “Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilməsi və saxlanılması qaydaları”nda dəyişikliklər edib.

moderator.az-ın APA-ya istinadən məlumatına görə, indiyə qədər barəsində Azərbaycan hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu barədə qərar icra olunanadək Dövlət Miqrasiya Xidmətinin saxlanılma mərkəzlərində könüllü yerləşdirilə və saxlanıla bilərdilər.

 Dəyişikliyə əsasən, bundan sonra Azərbaycan hüdudlarından kənara çıxarılması qərara alınmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan hüdudlarından kənara çıxarılma üçün İnzibati Xətalar, Cəzaların İcrası və Miqrasiya məcəllələrində nəzərdə tutulmuş müddət ərzində qanunla müəyyən olunmuş qaydada könüllü olaraq Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilə bilərlər.

 Eyni zamanda Azərbaycan ərazisini tərk etməkdən boyun qaçıran əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında məhkəmənin qərarına əsasən tutulur və Azərbaycan hüdudlarından kənara çıxarılanadək, qanunla müəyyən olunmuş qaydada Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO